28 iyul 2011 01:39
Qəbələ Luton Town üzərində də qələbə qazandı (YENİLƏNİB)
İngiltərədə təlim-məşq toplanışını davam etdirən “Qəbələ” bu gün növbəti sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, komandamızın rəqibi yenə İngiltərənin aşağı divizion təmsilçilərindən biri – “Luton Town” klubu olub.
Qarşılaşma Toni Adamsın komandası üçün yaxşı başlamayıb. Artıq 11-ci dəqiqədə meydan sahibləri hesabı açıblar. Amma cəmi iki dəqiqə sonra komandamız hesabı bərabərləşdirib. Fasiləyə elə bu hesabla (1:1) yollanan "Qəbələ" ikinci hissədə coşub. 61 və 76-cı dəqiqələrdə vurulan qollar Adamsın komandasına İniltərə üçüncü qələbəni gətirib. 87-ci dəqiqədə onun həmyerliləri buraxılan qollardan birinin əvəzini çıxmağı bacarsa da, bu, onları məğlubiyyətdən xilas etməyə yetməyib.
Xatırladaq ki, bundan öncə Londonda 4 oyuna çıxmış Adamsın komandası “Barnet”ə 0:1 uduzmuş, “Bishop`s Stortford” ilə qolsuz heç-heçəyə razılaşmış, “St Albans City” (3:2) və “Hayes & Yeading” komandalarını isə (2:1) məğlub etmişdi.
Yoldaşlıq oyunu
27 iyul
Qəbələ - Luton Town - 3:2 (1:1)
