27 iyul 2011 12:26
XL-da oynamış forvard Levskidə (FOTO)
Azərbaycan kubokunun qalibi “Xəzər Lənkəran”ın sabiq forvardı İvan Tsvetkov özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, o, bundan sonra Bolqarıstan çempionatında çıxış edəcək.
Belə ki, İvan bu günlərdə “Levski” ilə müqavilə bağlayıb. Paytaxt klubuna qədər o, “Pirin”də çıxış edirdi.
Xatırladaq ki, Tesvetkov “Xəzər Lənkəran”da 50 oyun keçirmiş və 22 qola imza atmışdı.
