27 iyul 2011 00:38
Qurbanov: Meydana yalnız uduzmamaq üçün çıxmayacağıq
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov azerisport.az saytına müsahibəsində komandasının Avropa Liqasının üçüncü təsnifat mərhələsinin Belçika “Brugge”si ilə oyunlar ərəfəsindəki durumundan danışıb.
- Komanda ilk oyuna hazırdımı?
- Demək olar ki, hə.
- Demək olar ki, hə.
- Oyunçularınız yorğunluqdan çox şikayətlənirlər...
- Təəssüf ki, bu, belədi. Son üç mövsümdəki qrafikimiz çox gərgindi.
- Rəqibi nə dərəcədə yaxından öyrənə bilmisiz?
- Pis öyrənməmişik. Bir neçə oyunlarına baxmışıq. Artıq hər bir oyunçusunu ayrı-ayrılıqda öyrənməyə çalışırıq. Ötən mövsümlə müqayisədə heyətləri çox dəyişilib. Onların Almaniya “Bayer”i ilə oyunlarına baxdıq. 3:1 hesabıyla qalib gəldikləri həmin oyunda düz 7 yeni futbolçuya şans vermişdilər. Bir sözlə deməzdim ki, bu ciddi dəyişikliklər “Brugge”ni çöx zəiflədib. Məsələn, onlar Hollandiya çempionatının bombardirini sıralarına qatıblar.

- Belçikalıların hansı mövqeyi sizin üçün daha təhlükəli görünür?
- Orta xətləri. Komanda çox yaxşı pressinq tətbiq edir. Rəqibə düşünməyə çox vaxt vermir və meydanın özünə aid hissəsinə qalmasına çalışır. Özü isə tez-tez hücum edir, standart vəziyyətlərdən yaxşı istifadə edirlər.

- Şübhəsiz, “Brugge” aşkar favoritdi. Bəs komandanızın şanslarını siz necə dəyərləndirirsiz?
- Hər halda, hamı onları favorit görür. Amma biz də Belçikaya yaxşı nəticə dalınca gedirik. “Qarabağ”ın belə rəqiblərlə oyun təcrübəsi artıq var.
- Siz bu təcrübəni “Borussia” (Dortmund, Almaniya) və “Twente” (Hollandiya) kimi komandalarla oyunlarda qazanmısız. “Brugge”ni bu klublarla müqayisə etmək olar?
- Dortmund klubu bu rəqiblərimizin heç biri ilə müqayisə oluna bilməz. Almaniya çempionu tamamilə başqa səviyyəli komanda idi. Amma hollandlarla müqayisə etmək olar. Özü də “Twente” ilə “Brugge” oxşar komandadılar. Amma buna baxmayaraq, biz də o vaxt Hollandiya klubuna qarşı oynayan komanda deyilik. Bu dəfəki rəqibimizə qarşı tam fərqli hazırlaşırıq.
- Belə rəqibə qarşı hansı nəticə sizi qane edəcək?
- İstənilən hesablı heç-heçə. İstənilən hesabla minimal hesablı qələbəni də normal nəticə saymaq olar.
- İstənilən hesablı heç-heçə. İstənilən hesabla minimal hesablı qələbəni də normal nəticə saymaq olar.
- Deməli, qələbə haqda ümumiyyətlə düşünmürsüz?
- Niyə ki? İyulun 28-də biz meydana yalnız uduzmamaq üçün çıxmayacağıq. Çalışacağıq ki, ən yaxşı nəticəyə nail olaq.
- Niyə ki? İyulun 28-də biz meydana yalnız uduzmamaq üçün çıxmayacağıq. Çalışacağıq ki, ən yaxşı nəticəyə nail olaq.
- Sizin qol vurmaq daha önəmlidi, yoxsa buraxmamaq?
- Əsas buraxmamaqdı. Amma eyni zamanda komanda hücum da etməlidi.
- Əsas buraxmamaqdı. Amma eyni zamanda komanda hücum da etməlidi.
- “Streymur”u çətinliklə keçməyiniz sizi narahat etmir?
- Mən “Streymur”u “Brugge” ilə bərabərləşdirmək istəmirəm. Bunlar fərqli komandalardı. “Streymur”la oyunlarda biz 90 dəqiqə hücum etdik. Belçikalılara qarşı isə tamamilə fərqli oyun oynayacağıq.
- Mən “Streymur”u “Brugge” ilə bərabərləşdirmək istəmirəm. Bunlar fərqli komandalardı. “Streymur”la oyunlarda biz 90 dəqiqə hücum etdik. Belçikalılara qarşı isə tamamilə fərqli oyun oynayacağıq.