27 iyul 2011 12:53
Nasimovu Özbəkistan yığmasında saxladılar
Özbəkistan yığmasının baş məşqçisi Vadim Abramov DÇ-2014-ün seçmə mərhələsinin Qırğızıstanla cavab oyununa heyəti açıqlayıb. Azerisport.az xəbər verir ki, onun Bişkekə aparmaq istədiyi heyətdə yer alanlar arasında Azərbaycan çempionu “Neftçi”nin hücumçusu Bahodir Nasimov da var.
Qeyd edək ki, Nasimov bu iki ölkə yığması arasında iyulun 24-də baş tutan ilk görüşdə də millinin heyətində yer almışdı. O, hətta 4:0 hesabıyla qalib gəldikləri matçın ikinci hissəsində meydana çıxmışdı.
Qırğızıstan – Özbəkistan matçı isə sabah Bişkekdə keçiriləcək.
