27 iyul 2011 00:47
Mirça Rednik: Mən orda işləməyəcəm
Azərbaycan kubokunun qalibi “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik Buxarest “Steaua”sında işləyəcəyinə dair şayiələrə münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, Rumıniya mətbuatına müsahibəsində bunları dilə gətirib:
“Mənim “Xəzər Lənkəran”la müqaviləm var. Mən Azərbaycan çempionu olmaq istəyirəm. Amma bunu sadəcə azərbaycanlı futbolçularla etmək mümkünsüzdü. “Steaua”dan dəvət almışammı? Nə qədər ki, bizim ölkədə məşqçilərə elə münasibət var, mən orda işləməyəcəm”.