28 iyul 2011 01:08
Mitreski Qarabağa qarşı oynaya bilməyəcək
Azərbaycan çempionu “Neftçi”nin müdafiəçisi İqor Mitreski hələ zədəsini sağaltmayıb. Azerisport.az xəbər verir ki, makedoniyalı futbolçu UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin Zaqrebdə baş tutan Xorvatiya “Dinamo”su ilə ilk oyunda aldığı zədədən sonra hələ də məşqlərə qatıla bilmir.
Onun yalnız gələn həftədən hazırlıqlara başlaması gözlənilir. Lakin Mitreskinin Azərbaycan Premyer Liqasının yeni mövsümünün açılış matçında iştirek edib-etməyəcəyi sual altındadı.
Xatırladaq ki, “Neftçi” yeni mövsümün ilk turunda “Qarabağ”la qarşılaşacaq və oyun avqustun 7-də baş tutacaq.
