28 iyul 2011 01:40
Emil Mpenza: Karyeramı Belçikada bitirmək istəyirəm
Azərbaycan çempionu “Neftçi”nin hücumçusu Emil Mpenza karyerasını 4 ildən sonra bitirmək istədiyini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu barədə açıqlamasında aşağıdakıları qeyd edib:
“Mənim “Neftçi” ilə hələ iki illik müqaviləm var. Amma bu, hələ heç nə demək deyil. Mənim arzum karyeramı Belçikada bitirmək, çempionluğu qazanmaqdı. Çünki mən hələ bir dəfə də olsun, Belçika çempionatının qalibi olmamışam. Bununla yanaşı həm də yaxınlarımın, ailəmin yanında oynamaq daha xoş olardı”.

Qeyd edək ki, Mpenza 1978-ci ildə anadan olub.
(GvA)