28 iyul 2011 13:47
Maşallah Əhmədov: Nazim qalmalı, Rednik getməliydi
Azərbaycanın veteran futbolçusu Maşallah Əhmədov azerisport.az saytına müsahibəsində avrokuboklardakı klublarımızın uğursuz çıxışından və “Qarabağ”ın “Brugge” ilə oyunlardakı şanslarından danışıb.
- “Qarabağ” istisna olmaqla yenə digər klublarımızın avrokubokları erkən tərk etməsi sizi təəccübləndirmədi?
- Həm təəccübləndirdi, həm də məyus etdi. AZAL-ı hardasa bağışlamaq olar. Onlar təcrübəsiz komandaydı. Məni daha çox “Neftçi” məyus etdi. Flaqman Xorvatiya “Dinamo”su ilə belə ümidsiz oynamamalı idi. Ümumiyyətlə, onlar avrokuboklarda “Qarabağ”dan da yaxşı çıxış etməlidilər. Amma o komandada həmin formaya layiq olmayan futbolçular çıxış edir. Uduzmaq olar, amm bunu kişi kimi etmək lazımdı. Eyni sözləri “Xəzər Lənkəran” haqda da demək olar. Hansı ki, İsrail “Maccabi”sini keçməyə borcludu. Təmsilçilərimiz arasında yalnız “Qarabağ” normal oyun oynayır.

- Çıxışını dayandıran klublarda baş məşqçilər xüsusi diqqət mərkəzinə düşdülər...
- Bu, şübhəsiz idi. Çoxlu səhvlər var idi. Arif gənc və perspektivli məşqçidi. Amma o, komandanı düzgün hazırlamır. Mirça Rednik isə çoxdan getməliydi. Onun əvəzində Əsgər Abdullayev, Vaqif Sadıqov və ya Şahin Diniyevə güvənmək olardı. Amma Nazim Süleymanov əksinə, qalmalıydı.
- Deməli, məsələ heç də pulda və legionerlərdə deyil...
- “Qarabağ” nümunəsi göz önündədi. Artıq üçüncü ildi bizi uğurları ilə sevindirir. Ağdamlılar “Neftçi” və “Xəzər Lənkəran”la müqayisədə görün nə qədər az maliyyə vəsaiti xərcləyir.
- “Qarabağ”ın “Brugge” ilə oyunlardakı şanslarını necə qiymətləndirirsiz?
- “Streymur”la oyunlardan sonra komanda özünü toparlamalıdı. O oyunda uduzmaq da olardı. Nəticə çıxarmaq lazımdı. Komanda oyunda-oyuna artırmaqdan sanki tormozlanmışdı. Belçikalılara qarşı çox çətin olacaq. Amma buna baxmayaraq, mərhələ keçmək olar. Komandanın artıq belə təcrübəsi var.
- “Qarabağ” “Twente” və “Borussia” ilə oyunlarda olduğu kimi sərfəli olmayan məğlubiyyətlə (müvafiq olaraq 1:3 və 0:4) üzləşməmək üçün nə etməlidi?
- “Qarabağ” bu oyuna iki hücumçu ilə çıxmalıdı. Bu komanda hücum edə bilir. Həm də fiziki cəhətdən hər şey qaydasındadı.
- Bu, risk olmazmı?
- Əgər komandanın yaxşı hücum potensialı varsa, niyə bundan istifadə etməməlidi? Orta xəttdən də yaxşı istifadə etmək lazımdı. Rəqibi cərimə meydançasına mümkün qədər buraxmamaq lazımdı.
- Əgər komandanın yaxşı hücum potensialı varsa, niyə bundan istifadə etməməlidi? Orta xəttdən də yaxşı istifadə etmək lazımdı. Rəqibi cərimə meydançasına mümkün qədər buraxmamaq lazımdı.
- Rəşad Sadiqovun yoxluğu təsirini göstərə bilər?
- O, komandada vacib fiqurlardandı. Ümid edirəm ki, onu layiqli əvəzləyən tapılacaq. Amma komandada inkişaf varsa, rəqibi Rəşadsız da məğlub etməlidi. Əlbəttə, rəqib güclüdü. Digər tərəfdən üçüncü təsnifat mərhələsindəsənsə, zəif rəqib də gözləyə bilməzsən.