28 iyul 2011 14:25
AZAL-da argentinalı hücumçu (FOTO)
AZAL Cənubi Amerikadan baxışa futbolçular dəvət edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun baş məşqçisi Elxan Abdullayev argentinalı Kristian Makiel Ruis və onun adını müəyyənləşdirə bilmədiyimiz daha bir həmyerlisini sınayır.
Baş məşqçi ötən gün "Konyaspor"la keçirilən yoldaşlıq oyununda argentinalı forvarda oynamaq şansı verib. Ruis Türkiyə klubunun qapısına qol da vurub. 1981-ci ilin 12 oktyabrında Argentinada dünyaya gələn 29 yaşlı forvard son üç ildə Boliviya çempionatında çıxış edib. 2009-2010-cu illərdə "Real Potosi" klubunda 50 oyun keçirib 29 qola imza atan argentinalı forvard bu il "The Stronqest" klubunda forma geyinib. Bu klubda meydana çıxdığı 18 oyunda 8 dəfə fərqlənən Ruis 4 dəfə sarı vərəqə alıb.
