28 iyul 2011 14:37
Neftçi bu gün bir məşqlə kifayətlənəcək
Azərbaycan çempionu "Neftçi" PFK "Qarabağ"la oyunun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, komanda üzvləri dünən iki dəfə məşq keçiblər.
Hər iki hazırlıq prosesi klubun bazasındakı meydançada baş tutub. Flaqman bu gün bir məşqlə kifayətlənəcək. Eyni məkanda olacaq məşq saat 19:00-da başlanacaq.
Qeyd edək ki, "Neftçi" – "Qarabağ" matçı avqustun 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
