28 iyul 2011 02:31
Xəzər Lənkəran Mirça Redniksiz hazırlaşır
"Xəzər Lənkəran" hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, komanda ötən gün "Fırtınalar meydanı"nın yardımçı meydançasında məşqə çıxıb.
Məşqə qatılan futbolçuların sırasına Orxan Sadıxlı və Kamran Ağayev də əlavə olunub. Bununla da komandanın düşərgəsində olan futbolçuların sayı 15-ə çatıb: Kamal Bayramov, Rahid Əmirquliyev, Elnur Abdullayev, Elnur Allahverdiyev, Andrey Mureşan, Julius Vobay, Alim Qurbanov, Şəhriyar Xəlilov, Çaba Barbeli, Eder Bonfim, Adrian Pits, Katalin Doman, Joao Ribeyro, Elvin Beqiri, Kamran Ağayev, Orxan Sadıxlı.
Gözlənilənlərin əksinə olaraq Mirça Rednik bu dəfə məşqdə iştirak etməyib. Onun həmyerlisi və köməkçisi Mihay Teja da Lənkərana gəlməyib. Bu səbəbdən məşqə qapıçılarla işləyən məşqçi Hafiz Əliyev rəhbərlik edib. Bu da azarkeşlərin ciddi narahatçılığına səbəb olub.
Məşqçilərlə yanaşı yay transferlərindən olan Rikardo Qomeş, Daniel Onofraş və Veldin Muharemoviç də hələ ki, düşərgəyə qoşulmayıb.
