28 iyul 2011 14:53
Vüqar Nadirov: Bunda qorxulu heç nə görmürəm
“Qarabağ”ın hücumçusu Vüqar Nadirov Avropa Liqasının üçüncü təsnifat mərhələsinin Belçika “Brugge”si ilə səfər matçı ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Oyunların videoyazısından da görünür ki, rəqib çox yaxşı komandadı. Kompakt oyun sərgiləməyi sevir, çoxlu pressinq tətbiq edir. Amma biz də kompakt oyun sərgiləməyə çalışırıq. Müdafiədən oynamalı olacağıq. Bunda qorxulu heç nə görmürəm. Biz “Rosenborg”, “Twente” və “Wisla”ya qarşı da belə oynamışıq. Odu ki, belçikalılara qarşı da öz oyunumuzu sərgiləməyə çalışacağıq. Əlbəttə, mən də qol vurmaq haqda düşünürəm. Hər şeydən önəmli olan isə komanda oyunudu”.
