28 iyul 2011 15:08
XL azarkeşləri məşqlərə buraxılmayacaq
Lənkəranda hazırlıq keçən "Xəzər Lənkəran" məqşləri bu gündən qapalı keçiriləcək. Azerisport.az xəbər verir ki, bu haqda Lənkəran şəhər stadionun direktoru Höccət Hacıyev məlumat verib.
Onun sözlərinə görə, Mirça Rednikin Lənkərana gələcəyi günə qədər komandanın məqşləri qapalı olacaq: "Bəzi azarkeşlərlə futbolçular arasında söz-söhbət yaranır. Baş məşqçi gəlsin, ondan sonra məşqlər də açıq keçirilər. Hələlik hazırlıq prossesi qapalı olacaq".
Qeyd edək ki, komandanın dünənki məşqində azarkeşlərlə Kamran Ağayev, daha sonra isə mühafizəçilər arasında qarşıdurma yaranıb. (12-ci oyunçu)
