28 iyul 2011 15:26

“Bruggedən fərqli bizim belə problemimiz yoxdu”

“Qarabağ”ın qapıçısı Boyan Pavloviç Avropa Liqasının üçüncü təsnifat mərhələsində Belçika “Brugge”si ilə səfər matçı ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, öncə bunları dilə gətirib:
 
- “Qarabağ” “Brugge” ilə oyuna hazırdı?
- Əlbəttə. Bizi çox ciddi rəqiblə çətin oyun gözləyir. Biz “Brugge”yə hörmət etsək də, qorxmuruq. Çünki bura yaxşı oyun göstərməyə və müsbət nəticəy qazanmağa gəlmişik. Əvvəlki iki mərhələdə yaxşı oyun sərgiləyə, uğur qazana bildik. Elə “Streymur”la oyunlarda da kifayət qədər çoxsaylı qol vəziyyətləri yaratsaq da, bunlardan yararlana bilmədik. Amma ən əsası növbəti mərhələyə adlamaq idi ki, bunu bacardıq.

- “Brugge”nin daha çox hücum, “Qarabağ”ın isə müdafiə olunması gözlənilir...
- Biz “Brugge”nin avrokuboklardakı bir neçə oyununa baxmışıq və onların nə dərəcədə güclü olduğunu bilirik. Amma mən düşünürəm ki, baş məşqçimiz Qurban Qurbanov düzgün taktika seçəcək. Biz ancaq müdafiə olunmayacağıq. Xoşbəxtliyi əks-hücumlarda axtarmalı olacağıq.
 
- İşinizin çox olacağını düşünmürsüz?
- (gülür) İnanıram ki, çox olmaz. “Brugge”nin yeni transferləri barədə xəbərim var. Amma biz hər şeyə hazırıq. Mənə elə gəlir ki, müdafiəçilərimiz rəqib oyunçuları zərərsizləşdirə biləcəklər.
 
- Rəqibin heyətində yeni futbolçular çoxdu. Bu baxımdan “Brugge”nin problemlərinin olacağını düşünmək olar?
- Mümkündü. Təbii ki, heyətin tam komplektləşməsi üçün zaman lazımdı. Biz isə artıq iki ildi ki, bir yerdə çıxış edirik. “Brugge”dən fərqli bizim belə problemimiz yoxdu. Biz kollektiv oyun göstərməyə borcluyuq. Axı bu, məhz bizim oyunumuzdu.
 
- Bu, “Qarabağ”a üstünlük verir?
- Ümid edirəm ki, bəli. Bu nüans xeryimizə işləyə bilər. Baxaq görək necə alınır.
 
- “Brugge”nin temperamentli fanatı var. Bir hissə onlar dəqiq sizə mane olmaq imkanına malik olacaqlar...
- Bu, mənim üçün problem deyil. Axı ilk dəfə deyil belə atmosferdə oyuna çıxacam. Mən azarkeşlər yox, ancaq oyunumuz haqda düşünürəm. Həm də “Brugge” üçün də Bakıdakı oyun asan olmayacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.