28 iyul 2011 16:18
İki klub Superliqadan qovuldu
Türkiyə futbolunu bürüyən danışılmış oyunlar böhranı Yunanıstanda da hökm sürür. Azerisport.az xəbər verir ki, bu ölkə futbolundakı rüşvət və danışılmış oyunlarla bağlı qalmaqala görə artıq cəzalananlar da müəyyənləşib.
Belə ki, Yunanıstan Futbol Federasiyası aparılan istintaq işləri yekunlaşdıqdan sonra Superliqada çıxış edən iki klubu yüksək dəstədə çıxışdan məhrum edib. “Kavala” və “Olympiakos Volou” klubları növbəti mövsümdə ikinci liqada mübarizə aparmalı olacaq.
Verilən məlumatda o da bildirilir ki, hər iki klub çirkin əməllərinə görə elitadan qovulmaqla yanaşı üstəlik 300 min avro pul cəzasına da layiq görülüblər. Klubların prezidentləri isə ömürlük futboldan uzaqlaşdırılıb.
