28 iyul 2011 17:46
Fenerbahçe klubunun müəmmalı qərarı
Türkiyənin "Fenerbahçe" klubu "Karabükspor"dan aldığı Emmanuel Emenikeni satmağa hazırlaşır. Azerisport.az xəbər verir ki, "Karabükspor"la oyunu "Fenerbahçe"yə satan və buna görə 9 milyon avroya İstanbul klubuna transfer olunan, Türkiyə polisi tərəfindən həbs olunsa da, sonradan azadlığa buraxılan nigeriyalı futbolçu transferə çıxarılıb.
"Fenerbahçe" rəsmi saytı ilə yaydığı açıqlamada bildirilir ki, nigeriyalı futbolçunu transfer etmək istəyən əcnəbi klublarla danışıqlar başlanılıb: "Klubumuz Emmanuel Emenikeni transfer etmək istəyən əcnəbi klublarla danışıqlara başlayıb".
İstanbul klubunun bu qərarı onsuz da gündəmdən düşməyən danışılmış oyunlarla əlaqələndirilir.
