28 iyul 2011 17:57
Rəvan Serbiya klubuna qalib gəldi
Premyer Liqanın debütantı “Rəvan” Sloveniyadakı təlim-məqş toplanışını başa vurub. Azerisport.az xəbər verir ki, paytaxt klubu yeni mövsümə hazırlıq çərçivəsində vətənə dönməzdən öncə sınaq matçına da çıxıb.
Bəhmən Həsənov yetirmələrini Serbiya Premyer Liqasında dördüncü olmuş “Rad”la qarşılaşıb. “Rəvan” qarşılaşmada 2:0 hesablı qələbəyə sevinib. Paytaxt klubunun heyətində Ramazan Abbasov və Con Pelu fərqlənib.
