28 iyul 2011 22:44
Bakı Torpedo ilə sülh bağladı (YENİLƏNİB)
Sloveniyada təlim-məşq toplantısını başa vurmaqda olan "Bakı" bu axşam daha bir yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, komandanın rəqibi 3 qat Gürcüstan çempionu, 2 dəfə ölkə kubokunun sahibi "Torpedo" (Kutaisi) klubu olub.
Qeyd edək ki, paytaxt klubu rəsmi saytı vasitəsilə öncə bu günkü rəqiblərinin Serbiyanın “OFK Beograd” komandası olacağını qeyd edirdi. Lakin göründüyü kimi, son anda bu qərar yenidən dəyişdirilib. “Zolaqlılar”ın iki gün öncə Türkiyə Superliqasında çıxış edən “Antalyaspor”la da görüşəcəyi bildirilirdi. Lakin həmin qarşılaşma da baş tutmamışdı. Nəhayət, "Torpedo" ilə görüşü gerçəkləşən "zolaqlılar" bu dəfə də qələbəyə həsrət qalıblar. Aleksandr Starkovun komandasını iki dəfə hesabda geriyə düşdüyü matçda Ramim xilas edib.
Gürcüstan klubu ilə qarşılaşmanın “zolaqlılar”ın bu toplanış çərçivəsindəki dördüncü sınaq matçı olduğunu da qeyd edək. Bundan əvvəl Sloveniya birinci liqa təmsilçisi "Radomlje" ilə heç-heçə edən (1:1) paytaxt klubu daha sonra Türkiyə Superliqasında çıxış edən "Kardemir Karabükspor"a uduzmuş (0:2), Yunanıstanın AEK klubuyla qolsuz heç-heçəyə razılaşmışdı.
Yoldaşlıq oyunu
28 iyul
Bakı - Torpedo - 2:2 (0:0)
Qol: Çikveladze, 55 (0:1), F.Ramim, 68 (1:1), Koçiridze, 70 (1:2), F.Ramim, 80 (2:2).
"Bakı" oyuna bu heyətlə çıxıb: 1. Marko Şarliya 15. Cəmşid Məhərrəmov 32. Aleksey Savinov 6. İbrahim Karqbo 17. Emin Cəfərquliyev 9. Elvin Məmmədov 36. Uinston Parks 22. Maris Verpakovski 18. Denis İvanov 7. Deyvidas Çesnauskis 24.Zalkoviç
50-ci dəqiqədə Vadim borets oyuna daxil olur. O, Zelkoviçi əvəzləyir
55-ci dəqiqədə "Torpedo" uzaq məsafədən vurulan zərbə ilə hesabı açır 1:0. Çikveladze fərqlənir
61. Maris Verpakovskinin əvəzinə oyuna Fabio Luis Ramim daxil olur
68. Fabio Luis Ramim dəqiq zərbə ilə hesabı bərabərləşdirir - 1:1
70. Amma tezliklə də bakılılar qapılarında növbəti qolu görürlər - 1:2
79. Daha bir dəyişiklik: Vyaçeslav Sofroni Uinston Parksı əvəzləyir
80. Fabio Luis Ramim status-kvonu bərpa edir - 2:2
Matç başa çadı
