28 iyul 2011 18:51

XL ətrafındakı qeyri-müəyyənlik davam edir

“Xəzər Lənkəran”da son bir neçə gün ərzində müəyyən sabitlik müşahidə olunsa da, dünəndən etibarən lənkəranlı azarkeşlər yenidən narahat olmağa başlayıblar. Azerisport.az xəbər verir ki, buna komandanın baş məşqçisi Mirça Rednikin hələ də Lənkərana qayıdaraq komandanın sükanı arxasına keçməməsi səbəb olub.
 
Məlum olduğu kimi, Avropa Liqasındakı uğursuz çıxışdan dərhal sonra klub rəhbərliyi bütün legioner futbolçuların qovulması haqda qərar çıxardı. Bu azmış kimi, cənub təmsilçisinin başbilənləri Elnur Allahverdiyev, Rahid Əmirquliyev və Kamran Ağayevə də transferə çıxarıldıqlarını bildirmişdi. Lakin bu qərarlardan sonra XL-da işləməyəcəyini deyən Mirça Rednik rərbərliyin qarşısına istefa şərtini qoyduğundan, klub rəsmiləri fikirlərini dəyişdilər. Belə ki, onlar komandanın dağılmasına və Rednikin gedişinə etiraz edən azarkeşlərin də tələbinə uyğun olaraq rumıniyalı mütəxəssisin şərtini qəbul, öz qərarlarını isə ləğv etdilər.
 
Bir neçə gün öncə komandanın legionerləri, eləcə də transferə çıxarılan yerli futbolçular da Lənkərana qayıtdılar. Bu isə təbii ki, lənkəranlı fanatların tam ürəyincə idi. Lakin həmin vaxt Rednik komanda ilə qayıtmadı ki, bunun da rəhbərliklə yeni transferlərin həlli üçün əlavə danışıqlarla bağlı olduğu bildirilirdi. Artıq 3 gün keçsə də, hələ də Rednik Lənkərana qayıtmayıb və komandanın sükanı arxasına keçməyib. Bu isə artıq dünəndən cənublu fanatların qəlbinə şübhə toxumu səpib. Onlar düşünürlər ki, rəhbərlik hansısa “oyun” oynayır və Rednik artıq geri qayıtmayacaq. Çünki Rednik özü hansısa transferlərin həlli ilə məşğuldusa, ən azı onun köməkçiləri komandanın yanında olmalı idilər. Amma onlardan da konkret xəbər-ətər yoxdu.
 
Bu müəmmalı durum isə cənublu fanatları dünən əməlli-başlı özündən çıxarıb. Onlardan bəziləri hətta komandada narazılıq yaratdığı iddia olunan kapitan Kamran Ağayevlə mübahisəyə girişməkdən də çəkinməyiblər. Bu olayların məntiqi nəticəsi kimi Lənkəran şəhər stadionunun rəhbərliyi bu gündən etibarən ən azı Rednik geri qayıdana kimi azarkeşlərin məşqlərə buraxılmayacağını bildirib.
 
Rednikdən isə hələ də dəqiq xəbər yoxdu. Onun gah Lənkərana gəlib öz əşyalarını götürüb getdiyi, gah da geri qayıdacağına dair söz verdiyi haqda şayiələr dolaşır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.