28 iyul 2011 20:08
Bahodir Nasimov millidə dubla imza atdı
Azərbaycan çempionu “Neftçi”nin hücumçusu Bahodir Nasimov Özbəkistan yığmasının heyətində növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, baş məşqçi Vadim Abramov ona DÇ-2014-ün seçmə mərhələsinin Qırğızıstanla cavab oyununda şans verib.
“Ağ-qaralar”ın hücumçusu bu şansdan maksimum yararlanıb. Belə ki, o, bu görüşdə dubla imza atıb. İlk yarısı qolsuz bitən görüşün ikinci hissəsi başlayan kimi Karpenko qırğızları məyus edib. 63-cü dəqiqədə meydana çıxan Nasimov cəmi 2 dəqiqə sonra qol vurub. Bahodir 90-cı dəqiqədə daha bir qol vurmaqla görüşün yekun nəticəsini müəyyənləşdirib – 3:0.
Qeyd edək ki, Nasimov bu iki ölkə yığması arasında iyulun 24-də baş tutan ilk görüşdə də millinin heyətində meydana çıxmışdı. Lakin 4:0 hesabıyla qalib gəldikləri həmin matçda fərlqlənə bilməmişdi.
