28 iyul 2011 20:26
Ruslar azərbaycanlı futbolçunu saymırlar
Azərbaycan əsilli rusiyalı futbolçu Aleksandr Samedov heç cür Rusiya yığmasının heyətinə düşə bilmir. Azerisport.az xəbər verir ki, o, öncə əsas yığmanın baş məşqçisi Dik Advokat tərəfindən gözlədiyi dəvəti almayıb.
Halbuki o, Serbiya yığmasıyla keçiriləcək sınaq matçında çıxış edəcəyinə ümid bəsləyirmiş. Bu azmış kimi, gənclərdən ibarət yığmanın baş məşqçisi Yuri Krasnojan da onu yığmaya çağırmayıb.
Qeyd edək ki, Samedov vaxtilə Azərbaycan millisindən imtina edərək, Rusiya yığmasında çıxış etməyə üstünlük vermişdi.
