28 iyul 2011 20:36

Neftçinin yetirməsi Barselonada (FOTO)

“Neftçi” futbol klubunun yetirməsi Fəhmin Muradbəyli iyulun 31-dən etibarən İspaniya “Barcelona”sının nəzdində keçiriləcək intensiv Yay Futbol Məktəbinin məşqlərində iştirak edəcək. Azerisport.az xəbər verir ki, Muradbəyli Kataloniya klubunun düşərgəsində avqustun 12-dək davam edəcək məşqlərə qatılacaq yeganə azərbaycanlıdı.
 
“Neftçi”nin icraçı direktoru Mübariz Xudiyev bu haqda fikirlərini klubun rəsmi saytına bildirib. Onun fikrincə, “Neftçi”nin yetirməsinin "Barcelona" kimi dünya şöhrətli komandanın düşərgəsindəki məşqlərdə iştirak etməsi çox qürurvericidi:
 
“Buna görə ilk növbədə klub prezidenti Sadıq Sadıqova təşəkkür edirik ki, gənc futbolçumuzun İspaniyaya yollanıb, orada hazırlıq keçməsi üçün hər cür şərait yaradıb. Həmçinin, onu bildirim ki, futbolçumuzun belə yüksək səviyyəli təlimə qatılmaq imkanı Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının ölkəmizin İspaniyadakı səfirliyi ilə birgə əməkdaşlığının nəticəsində əldə olunub. Fəhmin Muradbəyli çox istedadlı futbolçudur. O, "Neftçi"nin U-15 komandasının üzvü olub. Lakin istedadı ilə xüsusi seçildiyinə görə artıq "Neftçi"nin əvəzedici heyətinə cəlb olunur. İspaniyadakı toplanışa gəlincə, orada məşqləri "Barcelona" klubunun məşqçiləri keçəcəklər. Fəhminin gələcəkdə Azərbaycan futbolunun əsas simalarından biri olacağına inanırıq. Ümid edirik ki, Muradbəyli gələcəkdə digər azərbaycanlı futbolçuların ölkədən kənarda keçirilən yüksək səviyyəli təlim-məşq toplanışlarında iştirak etməsinə cığır açacaq".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.