28 iyul 2011 21:00
1 milyon avroluq fayda (FOTO)
Türkiyənin "Fenerbahçe" klubunun bir müddət öncə "Karabükspor"dan aldığı Emmanuel Emenikeni satmağa hazırlaşdığını xəbər vermişdik. Azerisport.az xəbər verir ki, "Karabükspor"la oyunu "Fenerbahçe"yə satan və buna görə 9 milyon avroya İstanbul klubuna transfer olunan, Türkiyə polisi tərəfindən həbs olunsa da, sonradan azadlığa buraxılan nigeriyalı bu gün transferə çıxarılmışdı.
“Sarı-lacıvərdlilər” artıq onu satıb. Belə ki, səhər satışa çıxarıldığı haqda ictimaiyyətə açıqlama verən “Fenerbahçe” az öncə yaydığı növbəti bəyanatda yeni futbolçusunu satdığını açıqlayıb. Emenikeni Moskva “Spartak”ı alıb. Rusiya klubu bu oyunçuya görə qarşı tərəfə 10 milyon avro transfer haqqı ödəyib. Bir sözlə “Fenerbahçe” sözügedən futbolçudan sadəcə 1 milyon fayda götürüb.
