28 iyul 2011 11:27

Vadis Ocica: Bakıda işimiz daha çətin olacaq

Belçikanın “Brugge” klubunun yarımmüdafiəçisi Vadis Ocica azerisport.az saytına müsahibəsində “Qarabağ”la oyundakı şanslarından danışıb.
 
- “Qarabağ”la oyunlardan nə gözləyirsiz?
- Mənə elə gəlir ki, bizi çətin oyunlar gözləyir. Ona görə ki, “Qarabağ” da uğurlu çıxış etmək istəyir. Maraqlı oyun olacaq. Biz yaxşı nəticə qazanacağımıza ümid edirik. Axı biz evdə oynayırıq və qarşıda daha çətin olacaq cavab görüşü var. Əminəm ki, Bakıda işimiz daha çətin olacaq. Buna görə də azarkeşlərimizin dəstəyi sayəsində evdə qələbə qazanmalıyıq.
 
- “Brugge” “Qarabağ”la oyuna nə dərəcədə hazırdı?
- Biz yaxşı hazırlaşmışıq, yoldaşlıq oyunları keçirmişik. Bütün oyunçular matça tam hazırdı. Biz öz oyunumuzu göstərə bilərik.

- Adətən, ilk oyunun səfərdə keçirilməsi daha arzuolunandı. Sizin ilk matçı evdə keçirməyiniz problem yaratmır ki?
- Bəli, siz düz qeyd edirsiz. Amma yaxşı oyunçu üçün harda oynamağın fərqi yoxdu – evdə yaxud səfərdə. Ola bilər ki, bu mənada rəqibin üstünlüyü var. Evdə qələbə qazanacağımız halda isə üstünlük bizim tərəfimizə keçəcək. Hesab edirəm ki, yaxşı təşkilatlanmış, güclü komandamız və əla səviyyəli futbolçularımızla buna nail olacağıq.
 
- “Qarabağ”ın sürpriz etmək şansı var?
- Əlbəttə. Belçikada çoxları düşünür ki, “Qarabağ” zəif komandadı, onlar futbol oynaya bilmirlər, kiçik ölkəni təmsil edir. Amma biz bu klub haqda məlumat toplamışıq və bilirik ki, bu, qətiyyən onlar düşündükləri kimi deyil. Oyunçularının əksəri Azərbaycan yığmasında çıxış edir. Futbolçuları yaxşı səviyyəlidilər. Bu üzdən də düşünürəm ki, qonaq komanda Belçikada bizə sürpriz edə bilər.
 
- Dediniz ki, Bakıda sizi daha çətin oyun gözləyir. Evdə uduzsaz, pley-offa çıxmaq şansınızı itirmiş olacaqsız?
-
Biz hadisələrin bu cür inkişafı haqda düşünmürük. Çünki bu, bizim üçün faciə olacaq. “Brugge” yaxşı komandadı və öz evində oynayır. Biz xüsusilə “Qarabağ”dan qol buraxmamağa çalışmalıyıq.

- Evdə sizi hansı nəticə qane edəcək?
- Mümkün qədər çox qol vurmaq lazımdı. Hesab edirəm ki, 1-2 qol vurub, buraxmamağa qadirik. Belə alınsa, pis olmazdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.