29 iyul 2011 00:33

Mirça Rednik Mənsimovla görüşsə də...

“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednikin klub prezidenti Mais Mənsimovla görüşü nəhayət ki, baş tutub. Azerisport.az xəbər verir ki, tərəflərin bu görüşündə bütün problemlərin yoluna qoyulacağı gözlənilsə də, deyəsən, indi də rumıniyalı mütəxəssis yekun qərar verməkdə tərəddüd edir.
 
Hər halda cənub klubunun icraçı direktoru Höccət Hacıyevin dediklərindən belə başa düşmək olar: “Bir neçə dəqiqə bundan əvvəl Mirça Rednik klub prezidenti ilə görüşüb. Görüş zamanı baş məşqçinin bütün tələbləri klub prezidenti tərəfindən qəbul olunub. Daha sonra Rednik sabah səhərə qədər “Xəzər Lənkəran”da qalıb-qalmayacağını bidirəcəyini dilə gətirib. Klub prezidenti eyni zamanda bizə tapşırıq verib ki, komanda üçün hansı şərait lazımdırsa burada yaradaq. İndi Rednikin “Xəzər Lənkəran”da qalıb-qalmaması özündən asılıdı. Biz də bunu çox istəyirik. Onun kimi səviyəli və insanpərvər məşqçini tapmaq asan olmayacaq. Düzdü, bu görüş planlaşdırıldığı gündə baş tutmadı, bir neçə gün gecikdi. Amma istənilən halda klub prezidenti şəxsən Rednikin “Xəzər Lənkəran”da qalaraq çalışması üçün hər cür şəraitin qurulacağını bildirib”.
 
Lakin maraqlıdı ki, Rednik Rumıniya mətbuatına açıqlamasında bir sıra qəribə fikirlər səsləndirib. Hətta Azərbaycanın iki klubundan da təklif aldığını bildirən mütəxəssis “Steaua” varıantının da istisna olmadığını dilə gətirib. Görünür o, bununla XL rəhbərliyinə müəyyən işarə vurmağa çalışır. Hər halda o, rəhbərliyin onu gec qəbul etməsini özünə qarşı hörmətsizlik kimi dəyərləndirib və son olaylardan da incidiyi aydın məsələdi. İndi görək, onun bu gün verəcəyi son qərar necə olacaq? (12-ci oyunçu)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.