28 iyul 2011 11:32
Boyan Pavloviç: Qarabağ ancaq müdafiə olunmayacaq
“Qarabağ”ın qapıçısı Boyan Pavloviç Avropa Liqasının üçüncü təsnifat mərhələsində Belçika “Brugge”si ilə səfər matçı ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Biz “Brugge”nin avrokuboklardakı bir neçə oyununa baxmışıq və onların nə dərəcədə güclü olduğunu bilirik. Amma mən düşünürəm ki, baş məşqçimiz Qurban Qurbanov düzgün taktika seçəcək. Biz ancaq müdafiə olunmayacağıq. Xoşbəxtliyi əks-hücumlarda axtarmalıyıq”.

Xatırladaq ki, “Brugge” – “Qarabağ” matçı bu gün Brüggedə keçiriləcək və Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.