28 iyul 2011 11:47
Elxan Məmmədovla Berti Foqts Braziliyaya gedir
Xəbər verdiyimiz kimi, iyulun 30-da Braziliyanın Rio-de-Janeyro şəhərində 2014-cü ildə bu ölkədə təşkil ediləcək dünya çempionatının seçmə mərhələsinin püşkatması keçiriləcək. Azerisport.az xəbər verir ki, püşkatma mərasimində ölkəmizi kimlərin təmsil edəcəyi dəqiqləşib.
Öncədən də xəbər verdiyimiz kimi, sözügedən təbdirdə AFFA-nın baş katibi Elxan Məmmədov və milli komandanın baş məşqçisi Berti Foqts təmsil edəcək. Artıq AFFA bu xəbəri rəsmi olaraq təsdiqləyib.
