28 iyul 2011 20:46
Azərbaycan Moldova üzərində qələbə qazandı (YENİLƏNİB)
Bu gün 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, komandamızın rəqibi moldovalı həmyaşıdları olub.
Qarşılaşma AFFA-nın Futbol Mərkəzindəki “Dalğa Arena”da baş tutub. Komandamız rəqibi üzərində qələbəyə sevinib. İyulun 30-da, saat 19:00-da, «Dalğa Arena»da bu komandalar arasında daha bir yoldaşlıq oyunu keçiriləcək.
Qeyd edək ki, yığmamız iyulun 23-də və 25-də gürcüstanlı həmyaşıdları ilə qarşılaşmış və müvafiq olaraq 7:0 və 4:0 hesabı ilə qələbə qazanmışdı.
Yoldaşlıq oyunu
28 iyul
Azərbaycan - Moldova - 2:1 (1:0)
