28 iyul 2011 11:55
AZAL çernoqoriyalı forvardı bəyənmədi (FOTO)
AZAL-da baxışda olan çernoqoriyalı futbolçu Milan Curisiç bəyənilməyib. Azerisport.az xəbər verir ki, "Kilimli Bələdiyyəsi" və "Konyaspor"la oyunlarda sınaqdan keçirilən hücumçunun çıxışı baş məşqçi Elxan Abdullayevi razı salmayıb.
Bu səbədən Milanın geri göndərilməsi haqda qərar qəbul olunub. Qeyd edək ki, 24 yaşlı oyunçunun son klubu Xorvatiyanın "Rijeka" klubu olub.
