28 iyul 2011 12:03
“İnterlə oyun bizim üçün yaxşı məşq oldu”
“Swansea City” – “İnter” qarşılaşmasından sonra rəqib komandanın baş məşqçisi Brendan Rocers yoldaşlıq matçı barədə fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, 3:1 hesabıyla qələbə qazandıqları görüşlə bağlı bunları dilə gətirib:
"Bilirsiniz, biz bu il İngiltərə Premyer Liqasında çıxış etmək hüququnu qazanmışıq və bu baxımdan burada belə rəqiblə yoldaşlıq matçı keçirmək komanda üçün böyük əhəmiyyət daşıyırdı. Oyun bizim üçün ağır, eyni zamanda yaxşı məşq oldu. Biz bu qarşılaşmadan dərs çıxarmalıyıq. "İnter" yaxşı komanda olduğunu göstərdi. Mövqe seçməsi, mübarizə aparması, sürətli düşünməsi və sürətli ötürmə etməsi sözlərimi təsdiqləyəcək amillər kimi göstərmək olar. "İnter"ə növbəti mövsümdə uğurlar arzulayıram".
