29 iyul 2011 02:16

Türkiyə klublarından inamsız nəticə (YENİLƏNİB)

UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, qitənin nüfuzuna görə Çempionlar Liqasından sonra ikinci ən səviyyəli turniri olan Avroliqada üçüncü tur hələ iki gün öncə başlamışdı.
 
Məsələ burasındadı ki, bu mərhələnin qalan bütün oyunları bu gün keçirilməli olsa da, “Bnei Yehuda” (İsrail) – “Helsingborg” (İsveç) görüşü klubların qarşılıqlı razılığına əsasən iki gün öncəyə çəkilmişdi. Bu dəfə isə qalan kollektivlər ilk oyunlarına çıxıblar.

Qeyd edək ki, bu turnirin birinci təsnifat mərhələsindən 50 komanda mübarizəyə qoşulmuşdu və onlardan yarısı mübarizəni ilk cəhddə dayandırarkən, daha güclü bir o qədər kollektiv üçüncü mərhələyə yüksəlmişdi. İkinci təsnifat mərhələsində isə daha 40 komanda yarışla vidalaşdı. Eyni sayda komanda isə mübarizəni üçüncü təsnifat mərhələsində davam etdirmək hüququna yiyələndi.
 
Təəssüf ki, birinci mərhələdə mübarizəni dayandıranlar arasında Azərbaycan klublarından AZAL, eləcə də ikinci təsnifat mərhələsində “Xəzər Lənkəran” da vardı. Amma hər iki mərhələni uğurla adlayan “Qarabağ” artıq pley-offa çıxmaq üçün mübarizə aparır. Ağdam klubunun “Brugge” (Belçika) ilə oyunuyla yanaşı bu mərhələdə daha 34 qarşılaşma keçirilib.
 
Diqqət çəkən nəticələr arasında "Xəzər Lənkəran"ı mübarizədən kənarlaşdıran "Maccabi"nin "Zeljeznicar" üzərində səfərdə qələbə qazanmasını xüsusi qeyd etmək olar. Qardaş ölkə - Türkiyənin təmsilçilərindən AZAL-ın qənimi "Minsk"i mübarizədən kənarlaşdırmış "Gaziantepspor" gözlənilmədən evdə "Legia"ya uduzub. "Bursaspor" isə ev oyununda "Gomel"ə uduzduğu görüşdə əzmkar qələbəyə sevinib.
 
Keçirilən bütün oyunların siyahısı və qeydə aınan nəticələr ilə sizi də tanış edirik:
 
Avropa Liqası
Üçüncü təsnifat mərhələsi
İlk oyunlar
26 iyul
 
Bnei Yehuda (İsrail) – Helsingborg (İsveç) – 1:0
 
28 iyul
 
Slask (Polşa) - Lokomotiv (Sofiya, Bolqarıstan) - 0:0 (0:0)
 
AEK (Kipr) – Mlada Boleslav (Çexiya) - 3:0 (0:0)
 
Alania (Rusiya) – Aktobe (Qazaxıstan) - 1:1 (0:1)
 
Ventspils (Latviya) – Crvena Zvezda (Serbiya) - 1:2 (1:1)
 
Karpatı (Ukrayna) - Saint Patrick's (İrlandiya) - 2:0 (1:0)
 
Olimpija (Sloveniya) - Austria (Avstriya) - 1:1 (0:1)
 
Aalesunds (Norveç) - Elfsborg (İsveç) - 4:0 (1:0)
 
Zalsburg (Avstriya) - Senica (Slovakiya) - 1:0 (0:0)
 
Anorthosis (Kipr) – Rabotnicki (Makedoniya) - 0:2 (0:0)
 
Metallurg (Rustavi, Gürcüstan) – Renn (Fransa) - 2:5 (1:3)
 
Sparta (Çexiya) - Sarajevo (Bosniya və Herseqovina) - 5:0 (2:0)
 
Vorskla (Ukrayna) - Sligo Rovers (İrlandiya) - 0:0 (0:0)
 
Valerenga (Norveç) - PAOK (Yunanıstan) - 0:2 (0:0)
 
Young Boys (İsveçrə) - Westerlo (Belçika) - 3:1 (2:1)
 
Bursaspor (Türkiyə) – Gomel (Belarus) - 2:1 (0:1)
 
Hapoel (Təl-Əviv, İsrail) - Vaduz (Lixtenşteyn) - 4:0 (2:0)
 
Omonia (Kipr) - Den Haag (Hollandiya) - 3:0 (1:0)
 
Split (Xorvatiya) - Fulham (İngiltərə) - 0:0 (0:0)
 
Levski (Bolqarıstan) - Spartak (Trnava, Slovakiya) - 2:1 (0:0)
 
AZ Alkmaar (Hollandiya) - Jablonec (Çexiya) - 2:0 (0:0)
 
Gaziantepspor (Türkiyə) – Legia (Polşa) - 0:1 (0:1)
 
Dinamo (Rumıniya) - Varaždin (Xorvatiya) - 2:2 (2:2)
 
Differdange (Lüksemburq) - Olympiakos (Yunanıstan) - 0:3 (0:0)
 
Paksi (Macarıstan) – Harts (Şotlandiya) - 1:1 (1:1)
 
Zeljeznicar (Bosniya və Herseqovina) - Maccabi (Təl-Əviv, İsrail) - 0:2 (0:0)
 
Brugge (Belçika) – Qarabağ (AZƏRBAYCAN) - 4:1 (1:0)
 
Mainz (Almaniya) - Gaz Metan (Rumıniya) - 1:1 (1:0)
 
Palermo (İtaliya) - Thun (İsveçrə) - 2:2 (1:1)
 
Stoke City (İngiltərə) - Hajduk (Xorvatiya) - 1:0 (1:0)
 
Nacional (Portuqaliya) - Häcken (İsveç) - 3:0 (3:0)
 
Atletico (İspaniya) - Stromsgodset (Norveç) - 2:1 (0:0)
 
Midtjylland (Danimarka) – Vitoria (Portuqaliya) - 0:0 (0:0)
 
Ried (Avstriya) - Brondby (Danimarka) - 2:0 (1:0)
 
Reykjavik (İslandiya) - Dinamo (Tbilisi, Gürcüstan) - 1:4 (1:1)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.