28 iyul 2011 00:18
Bruggedə Qarabağla oyun öncəsi dörd itki
Belçikanın “Brugge” klubu Avropa Liqasının üçüncü təsnifat mərhələsinin “Qarabağ”la ilk oyununa itki ilə çıxacaq. Azerisport.az xəbər verir ki, baş məşqçi Adri Koster birdən-birə 4 futbolçusunun xidmətindən yararlana bilməyəcək.
Bunlar müdafiəçiləri Tom Heqli, Pietro Perdiçiçi, Daan Van Heyzehem və yarımmüdafiəçi Conatan Blondeldi. Qeyd edək ki, Heqli və Perdiçiçi komandanın yeni transferlərindəndi.
Xatırladaq ki, “Brugge” – “Qarabağ” matçı bu gün Brüggedə keçiriləcək və Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.
