28 iyul 2011 00:27
Qurban Qurbanov: Bu hadisə komanda üzvlərinə çox təsir edib
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandanın kapitanı Rəşad Sadiqovun qardaşı Səbuhinin vaxtsız vəfatının futbolçulara təsirindən danışıb. Azerisport.az xəbər verir ki, komandamızın çalışdırıcısı bu məsələ ilə bağlı açıqlamasında aşağıdakıları dilə gətirib:
“Bu, çox xoşagəlməz hadisədi. Məsələ onda deyil ki, bu, oyun öncəsi baş verib. Rəhmətlik özü də futbol oynayırdı, o, bu dünyadan çox tez getdi. Biz bu haqda yolda olarkən eşitdik. Amma komandadakı intizamı saxlamağa çalışırıq. Onun yaxınlarına, əzizlərinə səbr diləyirik. Bu hadisə komanda üzvlərinə çox təsir edib”.