28 iyul 2011 00:35
Brugge – Qarabağ matçında 22 000 azarkeş
UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin Belçikada keçiriləcək “Brugge” – “Qarabağ” oyununa 22 min azarkeş gələcək. Azerisport.az xəbər verir ki, artıq sözügedən oyuna bu qədər bilet satılıb.
Qarşılaşmaya marağın bu qədər çox olması isə daha çox bu oyunun televiziyalar vasitəsilə yayımlanmayacağı səbəb olub. Qeyd edək ki, qarşılaşmanın keçiriləcəyi “Yan Breydel” stadionu 29042 azarkeş tutumuna malikdi.
Xatırladaq ki, “Brugge” – “Qarabağ” matçı bu gün Brüggedə keçiriləcək və Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.
