28 iyul 2011 00:48

Brüggedə yeni tarix üçün

Bu gün UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsinin oyunlarına start veriləcək. Azerisport.az xəbər verir ki, qitənin nüfuzuna görə Çempionlar Liqasından sonra ikinci ən səviyyəli turniri olan Avroliqada bir Azərbaycan klubu da növbəti mərhələyə pley-offa yüksəlmək üçün mübarizə aparacaq.
 
Bu, Belçikanın “Brugge” klubu ilə mübarizə aparmaq məcburiyyətində qalan “Qarabağ”dı. Məlum olduğu kimi, AZAL və “Xəzər Lənkəran”ın Avroliqada, “Neftçi”nin Çempionlar Liqasında çıxışını startdaca dayandırmasından sonra bütün gözlər məhz Ağdam klubuna yönəlib. Bir sözlə son iki mövsümdə olduğu kimi, Qurban Qurbanovun komandası yenə Azərbaycanın avrokuboklardakı ən layiqli təmsilçisi kimi mübarizəni davam etdirir.
 
Məlum olduğu kimi, Ağdam klubu artıq bu mövsümə elə birinci təsnifat mərhələsindən start verib. Komandamız həmin mərhələdə Litva “Banga”sı ilə üz-üzə gəlmişdi ki, iki oyunun cəminə görə rəqib qapısına 7 qol vurmaqla üst tura adlamışdı. İkinci mərhələdə isə komandamızın rəqibi Farer adalarını təmsil edən “Streymur” idi. Çoxları ağdamlıların bu rəqibini də asanlıqla keçəcəyini gözləsə də, hər şey fərqli oldu. Səfərdə erkən qola sevinib, son saniyələrdə buraxdığı qola üzünən “Qarabağ” məhz səfərdə vurduğu top sayəsində nöbbəti mərhələyə adlaya bildi. Çünki ev oyununda Qurbanovun yetirmələri çoxlarının gözləmədiyi halda qolsuz heç-heçəyə razılaşmalı oldu.
 
Bu dəfə isə Qurban Qurbanovun komandası daha güclü rəqiblə üz-üzədi. Amma “Qarabağ” artıq nəinki belə rəqiblərlə oynamaq, hətta onları mübarizədən kənarlaşdırmaq təcrübəsinə də malikdi. Hər halda vaxtilə Norveç “Rosenborg”u, Polşa “Wisla”sını keçməyi bacaran ağdamlılar Hollandiyanın “Twente”, Almaniyanın “Borussia” (Dortmund) komandalarıyla da qarşılaşıb və ən azı layiqli müqavimət göstərə bilib. “Brugge” isə heç də onlardan güclü rəqib deyil və təmsilçimiz əvvəlki illərdəki kimi əzmkar futbol sərgiləməklə çox şeyə nail ola bilər.
 
Bu mənada “Qarabağ” növbəti mərhələyə adlamaq üçün müəyyən üstünlüklərə də malikdi. Çünki cütün taleyi məhz doğma azarkeşlər önündə keçiriləcək cavab oyununda müəyyənləşəcək. Komandamız bu üstünlüyündən maksimum yararlanmağa sadəcə borcludu. Ağdamlılar bunun üçün ilk növbədə səfərdən sərfəli nəticə ilə qayıtmalıdı. Təbii ki, bu yolda komandamızın ötən mövsüm Polşada qazandığı nəticə - qələbə daha sevindirici olardı. Amma hər halda istənilən qollu heçə-heçə də “Qarabağ”ın işini asanlaşdıra bilər. Ən əsası odu ki, komandamız uduzmasın. Xüsusilə də iki top fərqi ilə. Belə olan halda təmsilçimiz yenə azərbaycanlı futbolsevərlərə böyük sevinc bəxş edə bilər.
 
Lakin çox təəssüflər olsun ki, komandamızda bu oyun ərəfəsində əhval-ruhiyyə  o qədər də qaydasında deyil. Belə ki, Azərbaycan yığmasının da şərəfini qoruyan yarımmüdafiəçi Rəşad Sadiqov “Brugge” ilə ilk oyunu buraxacaq. Buna onun böyük qardaşı Səbuhi Sadiqovun qəflətən ürək çatışmazlığı nəticəsində dünyasını dəyişməsi səbəb olub. Xatırladaq ki, Rəşad artıq “Qarabağ” komandası ilə birgə Belçikaya yola düşmüşdü. Lakin nümayəndə heyəti İstanbula çatarkən bu xəbər onlara çatdırılıb. Bu üzdən də klub rəhbərliyi Rəşadın Bakıya geri qayıtmasına icazə verib. Artıq onun Belçikadakı oyunda iştirak etməyəci dəqiqdi. Lakin Rəşadın yoxluğu ilə yanaşı bu hadisə bütün komanda üzvlərinə də çox pis təsir göstərib. Ümid edək ki, komandamız özünü toparlaya biləcək və qənaətbəxş nəticə qazanacaq.
 
Çünki klub rəhbərliyi "Qarabağ"ın qarşısına ən azı son üç ildəki uğurlarını təkrarlamaq vəzifəsini qoyub. Bunun üçün isə "Brugge" səddi mütləq keçilməlidi. Əks halda Ağdam klubu son iki mövsümdəkindən fərqli, pley-offa çıxa bilməyəcək. Bu isə uğursuzluq hesab oluna bilər. Baxmayaraq ki, digərlərindən daha layiqli təmsilçimiz elə yenə Ağdam klubudu.
 
“Qarabağ”ın “Brugge” ilə oyun üçün iştirak ərizəsi:
 
Qapıçılar: 1. Fərhad Vəliyev, 12. Osman Umarov, 99. Bojan Pavloviç;
Müdafiəçilər: 2. Qara Qarayev, 4. Zaur Həşimov, 5. Maksim Medvedev, 7. Namiq Yusifov, 14. Rəşad Sadıqov, 16. Kamil Hüseynov, 24. Admir Teli, 25. Ansi Aqolli;
Yarımmüdafiəçilər: 6. Rəşad Sadiqov, 10. Emin İmaməliyev, 15. Elgiz Kərəmli, 18. İlqar Qurbanov, 20. Nderim Nedzipi;
Hücumçular: 9. Bəxtiyar Soltanov, 11. Rauf Əliyev, 17. Vüqar Nadirov, 21. Murad Səttarlı, 22. Əfran İsmayılov, 23. Tural İsgəndərov, 77. Georgi Adamiya.
 
“Brugge”nin “Qarabağ” ilə oyun üçün iştirak ərizəsi:
 
Qapıçılar: 1. Kolin Kusemans, 33. Vladimir Kuyovic, 49. Yordi Maes, 50. Sven Doest;
Müdafiəçilər: 3. Mixael Almebak, 4. Karl Hoefkens, 5. Fredrik Stenman, 18. Rayan Donk, 21.Pietro Perdiçitsi, 24. Daan Van Giysegem, 28. Yannes Vanstenkiste, 51. Mateus Kuzmiçki, 52. Simon Savaete, 53. Dilan Vanneste;
Yarımmüdafiəçilər: 2. Tom Hoqli, 6. Niki Zimlinq, 7. Vilfrid Dalmat, 8. Lior Refaelov, 10.Nabil Dirar, 11. Conathan Blondel, 13. Victor Vaskes, 20. Tibaut Van Aker, 26. Fries Deşilder, 32.Vadis Ocica, 54. Nataniel Laqrou;
Hücumçular: 9. Byorn Vleminks, 15. Yosef Akpala, 16. Maksim Lestyenn, 19. Tomas Meunier, 27. Cimmi de Yonq, 29. Zinho Qano, 30. Nik Van Belle, 45. Tyendo De Kuper.
 
Avropa Liqası
İkinci təsnifat mərhələsi
İlk oyun
28 iyul

23:30. Brugge - Qarabağ
Hakimlər: Arnold Hanter, Paul Mann, Riçard Storey, Ross Danlor (hamısı Şimali İrlandiya).
UEFA nümayəndəsi: Torir Hakonarson (İslandiya)
Hakim-inspektor: Kristakis Skapoullis (Kipr).
Brügge. Yan Breydel stadionu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.