29 iyul 2011 13:17
Argentina millisinin yeni baş məşqçisi açıqlandı
Futbol üzrə Argentina yığmas komandasına yeni baş məşqçisi müəyyənləşib. Azerisport.az xəbər verir ki, sözügedən ölkənin əsas komandası Alexandro Sabellaya tapşırılıb.
Sabelya Argentina millisinin Amerika Kubokunun 1/4 finalında mübarizəni dayandırmasından sonra istefaya göndərilmiş Serxio Batistanı əvəzləyib. Batista bu vəzifədə 8 aydan bir qədər çox çalışıb.
Qeyd edək ki, Sabelya məşqçilik fəaliyyətinə 1990-cı illərin əvvəllərində başlayıb. O, uzun müddət İtaliyanın “Parma”, Meksikanın “Monterrei”, Braziliyanın “Corintians” klublarında, habelə Argentina və Uruqvay yığmalarında tanınmış mütəxəssis Daniel Passarellanın köməkçisi kimi çalışıb. Sabelya baş məşqçi kimi 2009-cu ildə Argentina “Estudiantes”ində debüt edib. 58 yaşlı mütəxəssis bu komanda ilə Libertadores Kubokunu və Argentina yaz çempionluğunu qazanıb. Fevralda “Estudiantes”dən ayrılan mütəxəssis həmin dövrdən işsiz idi.
