29 iyul 2011 13:35
Niki Zimlinq: Bu, Bakıda bizə çətinlik yaradacaq
Belçikanın “Brugge” klubunun yarımmüdafiəçisi Niki Zimlinq Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsindəki “Qarabağ”la ilk oyunlarını şərh edib. Azerisport.az xəbər verir ki, o, 4:1 hesabıyla qalib gəldikləri görüşlə bağlı bunları dilə gətirib:
“Belə rəqib üzərində böyükhesablı qələbə qazanmaq bizim üçün mövsümə çox yaxşı başlanğıc oldu. İlk 15 dəqiqədə biz çox yaxşı oynadıq. Buraxılan qol bizi məyus etdi. Amma üçüncü qolu vurduqdan sonra yenə vəziyyəti yaxşılaşdıra bildik. Ümumiyyətlə, dörd qolun hər birini ayrı-ayrı futbolçuların vurması çox yaxşı oldu. Cavab oyununda bizi isti gözləyir. Bu, əlbəttə bizə çətinlik yaradacaq. Amma bu, bizim öz istəyimizə çatmağımıza mane olmamalıdı”.
