29 iyul 2011 01:48
Qurban Qurbanov: Məğlub olsaq da, futbolçulardan razıyam
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin Belçika “Brugge”si ilə səfər matçını şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 1:4 hesabıyla uduzduqları görüşdən sonra bunları dilə gətirib:
“Oyun haqda çox danışmaq istəmirəm. Biz belə məğlubiyyəti gözləmirdik. Təəssüf ki, bir sıra problemlərlə üzləşdik. Öncə Rəşad Sadiqovla bağlı problem yarandı. Daha sonra Vüqar Nadirov erkən zədə ilə üzləşdi. Onu elə ilk dəqiqələrdən əvəzləməli olduq. Böyükhesablı məğlubiyyətə baxmayaraq, futbolçularımdan razıyam. Bakıda maraqlı futbol izləyə biləcəksiz”.