29 iyul 2011 01:57
Adri Koster: Qarabağ necə təhlükəli olduğunu göstərdi
Belçikanın “Brugge” klubunun baş məşqçisi Adri Koster UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin “Qarabağ”la ilk oyununu şərh edib. Azerisport.az xəbər verir ki, hollandiyalı mütəxəssis komandasının 4:1 hesabıyla qələbə qazandığı görüşdən sonra bunları dilə gətirib:
“Biz hələlik işin yalnız bir hissəsini həyata keçirdik. Bakıdakı oyunda bizə arxayınlaşmaq olmaz. Ona görə ki, rəqibimiz bu gün necə təhlükəli olduğunu göstərdi. Mən öz futbolçularıma təşəkkürümü bildirirəm. Xüsusilə də azarkeşlərimizə. Bu, mövsümün başlanğıcında əla atmosfer idi”.