29 iyul 2011 14:12
DÇ-2014-ün final matçı Marakanada!
Braziliyada keçiriləcək DÇ-2014-ün final matçının keçiriləcəyi stadion müəyyənləşib. Azerisport.az xəbər verir ki, mundialın təşkilat komitəsi sözügedən turnirin həlledici qarşılaşmasının Rio de Janeyrodakı “Marakana” stadionuda oynanılmasına qərar verib.
Bu barədə açıqlama FIFA rəsmilərindən gəlib. Onlar vaxtilə bir dəfə DÇ-nin finalına ev sahibliyi etmiş arenanın yenə eyni vəzifənin öhdəsindən layiqincə gələcəyinə ümidlidilər. Lakin onlar hələ də DÇ-2014-ün açılış və yarımfinal matçlarının hansı stadionlarda baş tutacağına aydınlıq gətirməyiblər.
Xatırladaq ki, Braziliyanın ev sahibliyi etdiyi 1950-ci ildəki dünya çempionatının finalı məhz “Marakana”da baş tutmuşdu. O vaxt meydan sahibləri həlledici görüşdə Uruqvaya 1:2 hesabıyla uduzmuşdular.
