29 iyul 2011 02:24
İnter Sloveniyadan qələbə ilə qayıdır
Sloveniyada növbəti mövsümə hazırlığını davam etdirən "İnter" iyulun 28-də son səhər məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, toplanışın son günündə “bankirlər” Avstriyanın ikinci divizion təmsilçisi "Aufstellung VCV" komandasıyla yoxlama görüşü keçirib.
Əsasən gənc heyətlə meydana çıxan "İnter" 4:2 hesabıyla qalib gəlib. "İnter"in qollarını Nizami Hacıyev, Şəhriyar Rəhimov və Asif Mirili vurub. 4-cü qolu isə rəqib futbolçu öz qapısına vurub. Avstriya təmsilçisi isə hər iki qolu penaltidən vurub.
Beləliklə, təlim-məşq toplanışı cərçivəsində "İnter" 4 yoxlama görüşü keçirmiş oldu. Türkiyə Superliqasının təmsilçiləri "Bursaspor" və "Antalyaspor" komandalarıyla qarşılaşmalarda müvafiq olaraq 0:3 və 1:1 hesablarıyla meydandan ayrılan paytaxt klubu İngiltərə Premyer Liqasının debütantı " Swansea City” komandasına da 1:3 hesabıyla məğlub olmuşdu.
"İnter" bu gün Bakıya qayıdır.
