29 iyul 2011 15:41
Neftçinin baş məşqçi postuna ən real namizəd?
Arif Əsədovla yollarını ayıran Azərbaycan çempionu “Neftçi”nin baş məşqçi postuna namizədlərin sayı artır. Azerisport.az xəbər verir ki, öncədən “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik və Yunis Hüseynovun paytaxt klubunu çalışdırmasının mümkünlüyü müzakirə olunurdusa, onların siyahısına daha biri əlavə olunub.
Bu, Nazim Süleymanovdu. Məlum olduğu kimi, o, AZAL-ın baş məşqçi postundan ayrılandan bəri işsizdi. “Neftçi”nin baş məşqçi postuna ən real namizəd də məhz o hesab olunur.
Klub prezidenti Sadıq Sadıqov komandanın sükanı arxasına əcnəbi baş məşqçi gətirmək istəmədiyini dəfələrlə açıqladığından, bu variant inandırıcı görünmür.
