29 iyul 2011 15:52
Neftçi Georgi Hacini Bakıya gətirdi
Tanınmış rumıniyalı mütəxəssis Georgi Haci Azərbaycana gəlib. Azerisport.az xəbər verir ki, onun səfərdə məqsədi son ölkə çempionu ilə danışıqlar aparmaqdı.
Məlum olduğu kimi, “ağ-qaralar” baş məşqçi Arif Əsədovla yollarını ayırıblar. Klub rəhbərliyi onun yerinə məhz Hacini təyin etməyə hazırlaşır. Son iş yeri Türkiyənin “Galatasaray” klubu olmuş mütəxəssisin paytaxt klubu ilə razılığa gəlib-gəlməyəcəyi isə hələlik dəqiqləşməyib.
Qeyd edək ki, “Neftçi”nin prezidenti Sadıq Sadıqov öncə nə ÇL-dəki uğursuz çıxış edəcəkləri halda Əsədovla yollarını ayıracaqlarını, nə də əcnəbi mütəxəssislə güclənəcəklərini istisna edirdi. İndi onun fikrini belə kəskin dəyişməsi maraq doğurmaya bilməz.
