29 iyul 2011 16:00
Millimizin oyununun vaxtı dəyişdirildi
17 yaşadək qızlardan ibarət Azərbaycan və Moldova yığmaları arasında iyulun 30-da «Dalğa Arena»da keçiriləcək yoldaşlıq oyununun başlanma vaxtı dəyişdirilib. Azerisport.az xəbər verir ki, qarşılaşma, əvvəlcədən xəbər verildiyi kimi, saat 19:00-da deyil, saat 20:00-da başlayacaq.
Xatırladaq ki, bu komandalar arasında dünən baş tutan qarşılaşmada Azərbaycan futbolçuları 2:1 hesabıyla qalib gəlmişdilər.
