29 iyul 2011 16:31
Mirça Rednik XL rəhbərlinin şərtini qəbul etdi
“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednikin klub prezidenti Mais Mənsimova dərhal hə cavabı verməməsinin səbəbi müəyyənləşib. Azerisport.az xəbər verir ki, buna onun qarşısına bəzi şərtlərin qoyulması səbəb olub.
Belə ki, əldə etdiyimiz məlumata görə dünən axşam azarkeşlərin istəyini nəzərə alan Mirça Rednik “Xəzər Lənkəran”da qalaraq cəmi 4 legionerlə komandanı qurmağa razılıq verib. Yəni bundan sonra “Xəzər Lənkəran”da cəmi 4 legioner top qovacaq. Bu isə o deməkdi ki, klub rəhbərliyi onun qarşısına məhz bu tələbi qoyduğu üçün Rednik də tərəddüd edirmiş. (12-ci oyunçu)
