29 iyul 2011 16:52
“Neftçinin prezidenti əcnəbi məşqçi dəvət etməyəcək”
"Bakı” və “Standard”ın sabiq baş məşqçisi Böyükağa Hacıyev “Neftçi”nin sükanı arxasına keçəcəyinə dair xəbərlərə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mənimlə heç kim danışıqlar aparmayıb. Əgər “Neftçi” rəhbərliyi ilə danışıqlar aparsaydım, bunu gizlətməzdim. Sadəcə onu bilirəm ki, klub prezidenti Sadıq Sadıqov əcnəbi baş məşqçi dəvət etməyəcək. O, yerli mütəxəssislərə güvənəcək. Buna görə də deyə bilərəm ki, “Neftçi”nin yeni baş məşqçisi yerli mütəxəssis olacaq”.