29 iyul 2011 17:24

Rauf Əliyev: Bu, səbəb deyil, amma faktdı

“Qarabağ”ın hücumçusu Rauf Əliyev UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin Belçika “Brugge”si ilə ilk oyunundan (1:4) sonra azerisport.az saytının suallarını cavablandırıb. 
 
- “Brugge” ilə ilk oyunla bağlı nə deyərdiz?
- Çox güclü komandadı. Sürətli oyun göstərirdilər. Bizə bu tempdə mübarizə aparmaq çox çətin idi. 1:2 hesabını saxlaya bilərdik, amma bacarmadıq.
 
- Deməli, belə çıxır ki, “Qarabağ” bu tempdə oyun gözləmirdi?
- Tamamilə razıyam. Aydın məsələdi ki, rəqib güclüydü. Amma daha bu qədər çətin olacağını gözləmirdik. Bunu sadəcə təsəvvür etmək çətin idi.
 
- Sizcə, darmadağına nə səbəb oldu?
- Yorğunluq və bir sıra səhvlər. Biz sadəcə onları yoluna qoya bilmədik. Bu, tamamilə başqa səviyyədi.
 
- Yorğunluqdan danışdınız. Üç futbolçu zədələnərək əvəzləndi. Qalan futbolçular da tez-tez sədələnir, əzələsini dartırdı...
- Biz həqiqətən belə sürətli rəqiblə qarşılaşmamışdıq. Bu, aşkar sözünü deyirdi. Siz özünüz də yaxşı bilirsiz ki, üç ildi normal istirahət edə bilmirik. Bu, səbəb deyil, amma faktdı. Əlbəttə, bu, oyunumuza da təsirsiz ötüşmür.
 
- Siz hətta vurduğunuz qola görə sevinmədiniz də...
- Mən əlbəttə, gözləmirdim ki, böyük hesabla uduzarıq. Amma qoldan sonra sevinməyə də əsas görmədim, uduzurduq.

- “Qarabağ”ın hücumdakı oyununu necə dəyərləndirərdin?
- Bizim əsas vəzifəmiz müdafiəni qorumaq və əks-hücumlara üstünlük vermək idi. Amma bu, həmişə alınmırdı. “Brugge”nin çox yaxşı orta xətti vardı ki, bu da bizə çox böyük problemlər yaratdı.
 
- Apreldə Azərbaycan yığması da Brüsseldə Belçikaya belə uduzmuşdu – 1:4. Müqayisə etmək olar?
- Bunlar tamamilə fərqli oyunlardı. Burda, Brüggedə biz daha yaxşı oynadıq. Yığmada isə çox zəif oynamışdıq.

- Bakıdakı cavab matçından nə gözləyirsiz?
- Demirəm ki, “Brugge”ni keçəcəyik. Amma ən azı qələbə qazanmağa çalışacağıq. Minimal hesablı da olsa. Çünki bu, çox vacibdi. Qoy azarkeşlər heç olmazsa ev oyunundan razı qalsınlar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.