29 iyul 2011 18:01
Qarabağın darmadağın etdiyi komanda AZAL-ın sabiq hücumçusunu aldı
Litvanın “Banga” klubu yeni futbolçu ilə güclənib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının birinci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan və evdə 0:4, Bakıda 0:3 hesabıyla yenilən Arminas Narbekovasın komandası Qvidas Yuşkanı heyətinə qatıb.
Qeyd edək ki, “Banga” uzun müddət idi bu futbolçunu rənglərinə bağlamaq üçün çalışırdı. Amma onlar bu transferi sadəcə bu günlərdə rəsmiləşdirə biliblər.
Xatırladaq ki, Yuşka son mövsümü AZAL-da keçirib. O, paytaxt klubunun heyətində 10 qol vurmaqla bombardir olmuşdu. Azərbaycana gələnə kimi də Yuşka məhz “Banga”da çıxış edirdi.
