29 iyul 2011 20:32
Neftçidə daha iki istefa
“Neftçi”nin baş məşqçisi Arif Əsədovun istefa verdiyini xəbər vermişdik. Azerisport.az xəbər verir ki, onunla yanaşı klubun məşqçilər korpusundan daha iki nəfər istefaya göndərilib.
Belə ki, Əsədovun köməkçiləri - fiziki hazırlıq üzrə məşqçi Mehmet Ak və məşqçi Elmir Xankişiyev də vəzifəsindən azad olunub. Məşqçilər korpusunun istefaya göndərilməsi ilə bağlı qərar ötən gecə keçirilən iclasda qəbul olunub. Onlar Çempionlar Liqasındakı uğursuzluq səbəbindən komandadan kənarlaşdırılıb.
