30 iyul 2011 00:07
ABŞ millisinin yeni baş məşqçisi müəyyənləşdi
Amerika Birləşmiş Ştatlarının futbol üzrə yığması yeni baş məşqçiyə tapşırılıb. Azerisport.az xəbər verir ki, bundan sonra ABŞ millisini almaniyalı Yurgen Klinsmann çalışdıracaq.
O, bu postda Bob Bradlini əvəzləyib. Belə ki, o, düz 5 illik baş məşqçilik fəaliyyətinin ardından 2 gün öncə istefaya göndərilmişdi.
Klinsmann yeni komandasının sükanı arxasında ilk matçına avqustun 10-da çıxacaq. Həmin gün ABŞ yığması Meksika ilə qarşılaşacaq.
Qeyd edək ki, 46 yaşlı Klinsmann 2009-cu ildə “Bayern”dən ayrıldıqdan bəri işsiz idi.
